Qarabag Media

Rəfail Mehralıyev: Şuşa Bəyannaməsi Azərbaycan - Türkiyə əzəli, əbədi qardaşlığına yeni çalarlar əlavə edib

Tarix:17-06-2022, 11:01 Baxış Sayı:105 Kateqoriya:Gündəm / Siyasət

Bir millət, iki dövlət”in Şuşa Bəyannaməsi - müttəfiqliyi ən üst səviyyəyə  qaldıran iki mübarək imza


Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rəfail Mehralıyev - Azərbaycanın xalqının taleyini dəyişən 15 iyun - zəfər tarixi ikiqat əlamətdardır. 29 il əvvəl bu tarixdə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdaraq dövlətimizi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi və bir il öncə, eyni gündə bir-birinə arxalanan, inanan, güvənən Azərbaycan - Türkiyə dövlətləri tarixi Şuşa Bəyannaməsinə imza atdı.
Bölgədə dayanıqlı sülh, etibarlı sabitlik və təhlükəsizlik, o cümlədən çoxşaxəli əməkdaşlıq mühiti formalaşdıran Azərbaycan və Türkiyə qarşılıqlı faydalı əməkdaşlığların dərinləşməsinə öz töhfələrini verirlər. Tarixi, 11 səhifəlik Şuşa Bəyannaməsi isə Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan - Türkiyə əzəli, əbədi dostluğuna, qardaşlığına yeni çalarlar əlavə edib.
Bu il iyunun 15 – də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbənin rəmzi Şuşa şəhərində keçirilən “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans bir daha Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını, əbədiliyini dünyaya nümayiş etdirdi. Azərbaycan və Türkiyə bayraqlarının Şuşada qoşa dalğalanması həmçinin ölkələrimizin birliyinin nümayişidir. Hər keçən gün keyfiyyətcə yeni mərhələyə yüksələn iki qardaş ölkənin müttəfiqlik əlaqələri regionun geostrateji reallıqlarını tam nəzarətdə saxlayır. Eyni zamanda, regionun gələcək inkişafı üçün real imkanlar yaradan tarixi Şuşa Bəyannaməsi 2010-cu ildə Bakıda imzalanan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin və ardınca İstanbulda imzalanan “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılmasına dair Birgə Bəyannamə”nin məntiqi davamı olaraq iki qardaş ölkənin strateji tərəfdaşlıq münasibətlərini daha yüksək - müttəfiqlik səyivvəsinə yüksəltdi. İlk növbədə Şuşa Bəyannaməsi bölgədə uzunmüddətli sülhün təmin olunmasını şərtləndirdi.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” festivalında çıxışı zamanı qeyd etdi ki, Qərbdən Şərqə qədər harada bir qardaşımız varsa, ora bizim evimizdir, yurdumuzdur. Türkiyə-Azərbaycan olaraq bu anlayışla əlaqələrimizi əvvəlcə strateji tərəfdaşlığa, keçən il də Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çıxardıq. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə uzanan geniş sahədə güclü əməkdaşlıq qurduq.
Ölkə Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə dar gündə də, xoş gündə də daim bir-birinə dəstək göstərib, bir-birinin yanında olub. Qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdıran Şuşa Bəyannaməsi sayəsində enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar qurulub.
Bir sözlə, Türkiyə və Azərbaycanın bir yerdə inamla addımlaması, bölgədə dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi, bölgədə sabitliyin möhkəmləndirilməsi deməkdir.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Bayram Muradov qazilərin, şəhid ailələrinin hər zaman yanındadır
Hacı Məhərrəm Novruzov: Nəyi deyiriksə, onu da edirik
Rəhim müəllim: Liderlik nümunəsi
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq