Qarabag Media

Vahid Əliyev: Qüdrətli, Qalib Azərbaycanın memarı - Heydər Əliyev

Tarix:6-05-2022, 02:51 Baxış Sayı:153 Kateqoriya:Gündəm / Siyasət



Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri Vahid Əliyev - Artıq xalqımız iki ildir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü fərqli ovqatla, qalib kimi qarşılayır. Məhz bugünkü günün memarı olan Ümummilli Liderin arzuları artıq həyata keçirilib. Bütün fəaliyyətini Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına həsr edən Ulu Öndərin yarımçıq qalmış ideyalarını dahi şəxsiyyətin siyasi məktəbinin ən layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. Ali Baş Komandan, Prezident İlham Əliyev «Dəmir yumruq» siyasəti ilə Müzəffər Azərbaycan Ordusu rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 44 gün ərzində xalqımızın 30 illik yurd həsrətinə birdəfəlik son qoydu, Ermənistanı diz çökdürdü. Və 2020-ci ilin noyabrın 10-da Ermənistan dövləti kapitulyasiya oldu. Azərbaycan qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi strategiyası sayəsində öz gücünə torpaqlarımızı işğaldan azad etdi. Bununla da ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Biz doğma Qarabağımıza qovuşdu.

1969-CU İL İYULUN 14-DƏN BAŞLANAN YOL HEYDƏR ƏLİYEV EPOXASININ UĞURLU DAVAMIDIR

Tarix ən ədalətli hakimdir. Və bu gün Zəfərə gedən yolun əsasında tarixi şəxsiyət, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır. Bu 1969-cu il iyulun 14-ü Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması kimi son dərəcə qiymətli bir hadisə ilə əbədiləşmişdir. Həmin dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi. O zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə – Azərbaycan Kommunist Partiyasının Birinci Katibi seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün, sözün əsl mənasında, dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu və xalqın etimadını Ondan başqa heç kim doğrulda bilməzdi. Belə bir dahi insanın Azərbaycanda rəhbərliyə başlaması respublikanın xilası üçün yeganə düzgün yol idi. 1969-cu ildən başlanan böyük quruculuq və yüksəliş mərhələsi qısa müddətdə Azərbaycanı bütün sahələrdə geniş tərəqqi yoluna çıxardı. Azərbaycanda Heydər Əliyevin birinci hakimiyyəti dövründə (1969-1982) sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində ölçüyəgəlməz uğurlar qazanılmış, qüdrətli iqtisadi potensial, maddi-texniki baza yaradılmış, əhalinin rifahı xeyli yüksəlmiş, elm, təhsil, mədəniyyət güclü inkişaf prosesi keçmiş, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlər görüldü. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə sənayedə 581 adda yeni tipli maşın, avadanlıq, aparat, cihaz nümunələri yaradılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş sex, istehsal sahəsi və i.a. yaradılmışdır. 1970-ci ildən başlayaraq Azərbaycan sənaye məhsulunun artım sürətinə görə müttəfiq respublikalar arasında ən qabaqcıl mövqeyə çıxmışdı. Respublikada kənd təsərrüfatı və onun xam malını emal edən sahələr böyük sürətlə inkişaf edirdi. 1970-1982-ci illərdə kənd təsərrüfatı məhsulu 2,6 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə artmışdı. Bütün bunlar inkişafın ümumiləşdirilmiş göstəricisi olan milli gəlirin sürətlə artmasına səbəb oldu.

Eyni zamanda, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya səviyyəsində rəsmi status qazanması da dahi rəhbərin qətiyyəti, siyasi iradəsi hesabına gerçəkləşdi. Möhtəşəm fəaliyyəti ilə şöhrətlənən dahi Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkildi. Bütün bunlar isə 1969-cu il iyulun 14-dən başlanan şanlı Heydər Əliyev epoxasının vüsət və əzəmətinin parlaq təzahürü idi.

Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə ölkəmizdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işləri başlandı. Bakıda o dövr üçün nadir müəssisələr - məişət kondisionerləri, dərin dəniz özülləri zavodları, paytaxtımıza bu gün də yaraşıq verən ictimai binalar - “Gülüstan” sarayı, Heydər Əliyev Sarayı tikildi. Həmçinin Yeni Əhmədli, Günəşli kimi nəhəng yaşayış massivləri salındı. Kənd təsərrüfatı məhsulları istehsalı dəfələrlə artdı. Bunun nəticəsi olaraq, əhalinin güzəranı yaxşılaşdı, bir çox sosial layihələr həyata keçirildi. Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər haqlı olaraq intibah dövrü kimi səciyyələndirilir.

Respublikanın əvvəlki rəhbərlərindən fərqli olaraq, Heydər Əliyev bölgələrə tez-tez səfərlər edir, insanlarla bilavasitə ünsiyyət qurur, onların problemləri və qayğıları ilə şəxsən maraqlanırdı. Onun alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə görüşləri də ənənə halını almışdı. 1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Azərbaycan xalqının böyük oğlu mərkəzi hökumətdə tutduğu vəzifənin imkanlarından istifadə edərək, İttifaq əhəmiyyətli bir sıra böyük layihələri Bakıya yönəltdi. Həmin illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onu daha da şöhrətləndirdi.

Mixail Qorbaçov SSRİ-də siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi. Baş katiblə aralarında yaranmış ciddi fikir ayrılığı səbəbindən 1987-ci ildə tutduğu vəzifələrdən istefa verdi. Bundan bir il sonra Dağlıq Qarabağda separatçılıq hərəkatı baş qaldırdı, Azərbaycanın qara günləri başladı. Yəqin ki, o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, Azərbaycan xalqı Qarabağ problemi ilə, qara Yanvarla və digər faciələrlə üzləşməzdi. 1990-cı illərin əvvəlində - Vətənin ağır günlərində Ulu Öndər Azərbaycana qayıtdı. O vaxtkı rəhbərlik onun Bakıya yolunu kəsdiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana getdi.

Naxçıvan Ali Sovetinin Sədri seçilən Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Yetmiş ildən sonra ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızı ucaltdı.

1993-CÜ İL İYUNUN 15-DƏ QOYULAN QURTULUŞ VƏ İNKİŞAF YOLU

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar gündən ötən 29 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, - deyən ümummilli lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu. Bu istiqamətdə ilk addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə atıldı. Sonrakı dövrdə ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə qədim İpək Yolunun bərpasına, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Çini Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi.

1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi.

HEYDƏR ƏLİYEV İDEYALARININ İŞIĞINDA DİNAMİK İNKİŞAF EDƏN, ƏRAZİ BÜTÖVLÜYÜ BƏRPA OLUNAN AZƏRBAYCAN

Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyev son 18 ildə ümummilli liderin ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bütün bunlar əyani şəkildə göstərir ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən, misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.

Ruhun şad olsun, ulu öndər, artıq 28 ildən sonra Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Bir sözlə, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi yolla inkişaf edən müstəqil Azərbaycan bundan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər əldə edəcəkdir.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Bayram Muradov qazilərin, şəhid ailələrinin hər zaman yanındadır
Hacı Məhərrəm Novruzov: Nəyi deyiriksə, onu da edirik
Rəhim müəllim: Liderlik nümunəsi
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq