Qarabag Media

QHT rəhbəri Yasəmən Qəyyumlu Prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib

Tarix:24-12-2022, 14:30 Baxış Sayı:143 Kateqoriya:Gündəm / Cəmiyyət


Cənab Prezident ad gününüz mübarək!
Azərbaycan  həm Qarabağı işğaldan azad etdi, həm də Qarabağa getdi, Qarabağa qayıtdı, Qarabağa sahibləndi. Bir daha onun olduğunu və bir daha bundan sonra kimsənin ona sahibindən başqa sahiblənə, yiyələnə bilməyəcəyini göstərdi. Gedişin, qayıdışın, dirçəlişin mübarək, Cəbrayılım, Füzulim, Xudafərinim, Qarabağım, 86,6 min kvadrat kilometrlik Azərbaycanım! Gözün aydın Qarabağ, gözün aydın, Vətən! Bu günləri də gördün, bu günləri də gördük, bu günləri də yaşadıq, bu günləri də yaşatdılar... 
Bunu bizə yaşadanlar - Ali Baş Komandan və onun şanlı, rəşadətli Ordusu var olsun, min yaşasınlar! 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyinin dünən davamı - növbəti əzəməti, qüruru yaşandı. 30 il öncə o torpaqlardan necə çıxmışdıq, nə müsibətlər, nə bəlalar yaşamışdıq...  Azərbaycan qalib kimi qayıtdı Qarabağına, Füzulisinə, Cəbrayılına, Xudafərininə! Vəsf etmək üçün sözlər, kəlmələr belə yetmir. Vətəndaşlarımıza, bütün dünya azərbaycanlılarına tarixi Qələbə hissi yaşadan Prezident İlham Əliyevə vətəndaş öz sevgisini səmimi şəkildə nümayiş etdirdi. Bu, Müzəffər Ali Baş Komandanın tarixi Qələbədən sonra bölgələrə ilk səfəri idi. Dövlətimizin başçısının Qələbədən sonra Bakıda getdiyi ilk ünvan yaralı hərbçilərimizin müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəz oldu. Bu, Azərbaycan xalqına neçə-neçə ilklər yaşatmış Liderin xalq və Vətən sevgisinin göstəricisidir. Beləliklə, Prezident sevincini öz əsgəri və öz xalqı ilə bölüşdü. Məhz xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev hər zaman ümumxalq məhəbbəti ilə əhatə olunub.  Prezident İlham Əliyevin Füzuli və Cəbrayıla səfəri Böyük Qələbəmizin nidasıdır. “Qarabağ Azərbaycandır və nida” bəyanatı səsləndirildiyi vaxtdan milli şüara çevrildi, dillər əzbəri oldu, nəhayət, hökmə çevrildi, Azərbaycanın “dəmir” yumruğu ilə təsdiq və təsbit olundu.  
 Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı.  44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir.. 
Azərbaycan Respublikasının  Prezidenti, Müzəffər Ali Baş komandanımız, məğlubiyyətlə üz-üzə qalan xalqımızı qalib xalq zirvəsinə yüksəldən, onun milli ləyaqətini, şərəfini ucaldan və qürur gətirən cənab İlham Əliyevi ad günü münasibətilə  səmimi qəlbdən təbrik edir, dövlət başçımıza uzun ömür, can sağlığı və ölkəmizin infişafı, rifahı istiqamətində həyata keçirdiyi davamlı fəaliyyətində   yeni-yeni nailiyyətlər, uğurlar  arzu edirəm.  Yaşasın cənab prezident!


Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Bayram Muradov qazilərin, şəhid ailələrinin hər zaman yanındadır
Hacı Məhərrəm Novruzov: Nəyi deyiriksə, onu da edirik
Rəhim müəllim: Liderlik nümunəsi
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq