İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Eldar Hümbətovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edək ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, təşkilatcı rəhbər, gözəl insan və əsl vətən daşı olan Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Eldar Hümbətovdur.
Eldar Hümbətov peşəkarlığı və qayğıkeşliyi ilə təcrübəli pedaqoqdur.
Şərəfli vəzifəyə yiyələnən Eldar Hümbətov bu işin müqəddəsliyini qoruyub saxlayır. Eldar müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq, ağız dolusu Eldar Hümbətovun ugurlarından danışdılar. Eldar müəllim Tovuz bölgəsində sayılıb-secilən pedaqoq kimi tanınır və bu yolda inamla addımlayır. Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Eldar Hümbətov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən təhsil MƏMURlarındandır.
Eldar müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Eldar Hümbətovu heç vaxt əqidəsindən döndərə bilməz.
Eldar Hümbətov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Eldar Hümbətov yüksək biliy və təhsilə malik olan, direktor kimi yenilikci təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Eldar Hümbətov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Eldar Hümbətovun böyüklüyü onun sadəliyində və insanlara səmimi münasibətindədi!
Eldar Hümbətov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, dövlətimizə və Prezidentimizə inamını artırır!
Eldar Hümbətov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Eldar Hümbətov özünü doğruldub.
Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Eldar Hümbətov deyir:
-Heydər Əliyev elə böyük şəxsiyyətdir ki, sadəcə, bir-iki günlük yubiley tədbirlərində, anım mərasimlərində onun misilsiz xidmətlərini, gördüyü əvəzsiz işləri sadalamaq, əziz xatirəsini yad etmək qeyri-mümkündür. O baxımdan 2023-cü ilin bütövlüklə "Heydər Əliyev İli" elan olunması çox təqdirəlayiq addımdır. Deputatın sözlərinə görə, ölkə ictimaiyyəti Prezident cənab İlham Əliyevin bu barədə Sərəncamını böyük məmnunluqla qarşılayır. Azərbaycanda elə bir sahə yoxdur ki, Ümummilli Liderin həmin sahədə mühüm xidməti, yönləndirici rolu olmasın. 2000-ci il aprel ayında Bakıda Dədə Qorqudun 1300 illik yubileyi keçirilmişdi. Ulu Öndərin Dədə Qorqud haqqında çıxışına nəzər salanda düşünürsən ki, dünyanın ən böyük qorqudşünas alimi elə Heydər Əliyevdir. O cümlədən dahi şairlərimiz Nizami Gəncəvi, Məhəmmməd Füzuli, Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyov və digərləri ilə bağlı çıxışlar da insanda eyni təəssüratı formalaşdırır. Oxuduqca, araşdırdıqca Heydər Əliyevin nə qədər dahi şəxsiyyət olduğunu görürsən. Hər bir məsələnin mahiyyətini, tarixini, elmi xüsusiyyətlərini çox gözəl bilirdi. Onun çıxışları elmi tezislər idi, hər cümləsi bir düşüncə idi. Ulu Öndər hər zaman xalqın dilində danışırdı. Bütün sahələrdə Ümummilli Liderin çox böyük zəhməti, əməyi var". M.İbrahimqızı bildirib ki, Tədbirlər Planı "Heydər Əliyev İli" ilə bağlı bir yol xəritəsidir: "Heydər Əliyev türk dünyasının birliyinə böyük töhfələr verib. Hazırda Türk Dövlətləri Təşkilatı adlanan birliyin illər öncə, 2000-ci ildə Bakıda keçirdiyi zirvədə Heydər Əliyev tarixi çıxış etmişdi. Demişdi ki, türk dövlətləri, xalqları öz tarixləri boyu bir-biri ilə indiki qədər yaxın olmayıb. Ümummilli Lider çox aktual məsələyə toxunmuşdu. Həqiqətən, keçmiş tarixə nəzər salsaq, türk dövlətlərinin bir-biri ilə savaş halında olmasını görərik. Ona görə də türk xalqları pərən-pərən düşüblər. Ancaq bu gün türk dövlətləri və xalqları Türk Dövlətləri Təşkilatı çərçivəsində güclü birlik və həmrəylik nümayiş etdirirlər. Artıq Türkmənistan da Türk Dövlətləri Təşkilatının tam hüquqlu üzvü oldu. Şükürlər olsun ki, hazırda türk dünyası tarixinin ən şanlı mərhələsini yaşayırıq. Bu gün biz qardaşlığı, dayanışmanı görürük və qürur duyuruq. Heydər Əliyev həmin zirvə görüşündə xüsusi vurğulamışdı ki, "biz tarixdən dərs çıxartmalıyıq, tariximizdə olan səhvləri təkrarlamamalıyıq və türk dünyasını ildən-ilə gücləndirməliyik". Heydər Əliyevin "Azərbaycan" jurnalında bir müsahibəsini oxumuşdum. Ulu Öndərdən soruşurlar ki, "sizin ən çox sevdiyiniz şeir hansıdır?". Heydər Əliyev cavab olaraq Səməd Vurğunun "Azərbaycan" şeiri demişdi. Digər suallara cavab olaraq ən çox sevdiyi dramaturqun Hüseyn Cavid, ən çox sevdiyi şairin isə Məmmədhüseyn Şəhriyar olduğunu söyləmişdi. Heydər Əliyev Hüseyn Cavidi niyə sevirdi? Çünki H.Cavid türkçü və müsəlman şairlərdən idi. Ulu Öndərin "ən çox sevdiyim şair Şəhriyardır" sözləri də çox ciddi mesaj yükü daşıyır. Ümummilli Lider diqqətə çatdırır ki, Şəhriyar bizim şairimizdir, türkdür. Milyonlarla soydaşımız Güney Azərbaycandadır və biz onlara sahib çıxmalıyıq. Heydər Əliyevin hər cümləsinin arxasında dərin hikmət var.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Böyük rəhbərin yerinə yetirdiyi əsas missiyalardan biri yeni vətəndaş tərbiyəsi idi. O, hər zaman olduğu kimi yenə bu məsələdə təhsilin, elmin, mədəniyyətin gücünə əsaslanırdı. Bütün bunların fövqəladə qüdrəti sayəsində müstəqil Azərbaycan dövləti üçün layiqli vətəndaşların yetişdiriləcəyinə, insanların sosial rifahının ən yüksək səviyyədə təmin olunacağına, cəmiyyətdəki bir sıra problemlərin öz həllini tapacağına inanırdı. Ona görə də Heydər Əliyev təhsil ocaqlarının fəaliyyətinə son dərəcə önəm verirdi. Tez-tez müxtəlif təhsil müəssisələrinə baş çəkirdi. Vəziyyətlə yaxından maraqlanırdı. Bu sahədə baş verən bütün proseslərin ən xırda detallarına qədər ulu öndərin birbaşa nəzarətində olduğunu təhsil naziri işlədiyim illərdə hər gün hiss edirdim.
Ulu öndər Heydər Əliyevi təhsillə bağlı hər bir məqam maraqlandırırdı: təhsil ocaqlarındakı vəziyyət, müəllimlərin əhval-ruhiyyəsi, ali məktəblərdə şəxsən tanıdığı alimlərimizin fəaliyyəti. O illərdə çox ciddi sıxıntılar yaşayırdıq. Universitet auditoriyaları təmirsizlikdən pis vəziyyətə düşmüşdü. Yaxın-uzaq xarici ölkələrin universitetlərində yüksək potensiallı alimlərimizə böyük tələb vardı. Onlar yüksək məvacib təklifi alaraq kütləvi surətdə işdən çıxıb xaricə gedirdilər. Heydər Əliyevin əsas tapşırığı isə o idi ki, bu cür alimlərimizi mümkün qədər qoruyub ölkədə saxlamaq, beyin axınının qarşısını almaq lazımdır. O, alimlərimizin, pedaqoqlarımızın dolanışığını yaxşılaşdırmaq, sıxıntılarını aradan qaldırmaq üçün həmin illərin şərtləri, maddi imkanları çərçivəsində ardıcıl addımlar atırdı.
Heydər Əliyev özü idarəçi, rəhbər kimi mükəmməllik nümunəsi idi və tabeliyində olanlardan da vəzifələrin icrasında maksimum mükəmməllik tələb edirdi.
2003-cü ilin prezident seçkisi ərəfəsində “Mən ona özüm qədər inanıram” əminliyi ilə xalqa təqdim etdiyi cənab İlham Əliyevdən ulu öndərin Azərbaycan Prezidenti kimi çox böyük gözləntiləri vardı. Ölkə başçısı İlham Əliyev bu inamı, gözləntiləri doğrultdu. Ulu öndərin onun əmin əllərinə etibar etdiyi Azərbaycanı bütün göstəricilər üzrə tarixinin ən qüdrətli mərhələsinə çatdırdı. Ən mühümü isə cənab İlham Əliyev Azərbaycan xalqını Heydər Əliyevin ən böyük arzusuna qovuşdurdu. Ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad etməklə Ata vəsiyyətini yerinə yetirdi. Tarixi zəfərimiz ulu öndərin Azərbaycanın bu gününə və gələcəyinə uca, aydın səmalardan baxan müqəddəs ruhunu şad etdi.
Bu zəfər, azad yurdlarımızda başlanmış quruculuq tədbirləri, azadlığına sevinən torpaqlarımızda açan yaz çiçəkləri Heydər Əliyevin və onun şəxsində ömrünü Azərbaycana həsr etmiş bütün dahi tarixi şəxsiyyətlərimizin xatirəsinə ən qiymətli hədiyyədir.
Ataturkinformasiyya.az