Qarabag Media

Şahin Şirinov: Kazan görüşü – sülh müqaviləsinə doğru mühüm addim

Tarix:29-10-2024, 13:30 Baxış Sayı:26 Kateqoriya:Cəmiyyət

İlham Əliyev XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatının ilk plenar iclasında iştirak edib - YENİLƏNİB

Şahin Şirinov - Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında olan görüşdə ikitərəfli sülh gündəliyinin irəli aparılmasının, o cümlədən sülh sazişinin, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsini sülh müqaviləsinə doğru mühüm addım kimi dəyərləndirmək lazımdır. Aydındır ki, BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka, dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Üstəlik, nəzərə alsaq ki, BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir, beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir; dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır, o zaman demokratik mühitdə yenidən gündəmə gətirilən sülh sazişinin müsbət nəticələr verəcəyi gözləniləndir.
İndiyə kimi Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarını pozmaq üçün kənardan çox təzyiqlər oldu. Hətta bunun qarşısını ölkəmiz əleyhində müxtəlif əsassız qətnamələr qəbul edə və çirkin ittihamlar səsləndirərək almağa çalışdılar. Məqsəd sülh prosesinin astanasında olan Azərbaycanı yolundan döndərmək idi. Lakin Azərbaycan bu müddətdə öz mövqeyindən geri dönmədi. Çünki biz haqq savaşı aparırıq və proseslərdə söz sahibi tərəfik. Azərbaycan öz maraqlarını qoruyur, Ermənistan dövləti isə istər-istəməz sülh müqaviləsini imzalamağa məcbur qalacaq.
Artıq hər iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Azərbaycan və Ermənistan arasında heç bir vasitəçiyə ehtiyac olmadığı fikri bir daha özünü doğrultdu. Tərəflər arasında aparılan ikitərəfli danışıqların daha uğurlu və məhsuldar olduğu bunun bariz nümunəsidir. Ötən gün Kazan şəhərində keçirilən XVI BRICS Sammiti çərçivəsində də ikitərəfli dialoq yolu ilə çox ciddi addımların atılmasının şahidi olduq.
Ümid edirik ki, cənab Prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında Kazanda aparılan müzakirələrdən sonra sülh müqaviləsi ilə bağlı proseslər müsbət məcraya doğru yönələcək. Sülh müqaviləsi Azərbaycan dövlətinin xeyrinə və bizim tələb etdiyimiz kimi həll olunacaq. Əks təqdirdə, fərqli addımlar atmaqla, qarşı tərəf onsuz da sülh müqaviləsinin imzalanmasının qarşısını ala bilməyəcək, sadəcə boş yerə vaxt uzadacaqlar.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Bayram Muradov qazilərin, şəhid ailələrinin hər zaman yanındadır
Hacı Məhərrəm Novruzov: Nəyi deyiriksə, onu da edirik
Rəhim müəllim: Liderlik nümunəsi
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq