Qarabag Media

Rasim Ağcayev: Antiterror tədbirləri gücümüzü göstərdi

Tarix:15-10-2024, 11:07 Baxış Sayı:52 Kateqoriya:Cəmiyyət



Rasim Ağcayev - 15 oktyabr 2023-cü il təqvimi ölkəmiz üçün tarixi bir gün oldu. Belə ki, antiterror tədbirlərindən sonra oktyabrın 15-də Qarabağa səfəri zamanı Prezident cənab İlham Əliyev əzəli torpaqlarımız olan Ağdərə, Xocalı, Xocavənd və Xankəndidə Dövlət Bayrağını ucaltdı.
Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı ucaltdıqdan sonra Prezident cənab İlham Əliyev xalqa müraciətində bildirdi ki, biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik.
Ölkə başçısı müraciətində qeyd etdi ki, artıq dünyada Azərbaycanla hesablaşırlar. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan gücləndi və dünya miqyasında özünə layiq yer tuta bildi. Artıq ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha böyük coğrafiyada böyük məna daşıyır.
İlk dəfə Prezident seçilərkən cənab İlham Əliyev xalqa müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Ölkədə güclü iqtisadiyyat və güclü ordu yaradıldı. Məhz Azərbaycanın Zəfərini təmin edən əsas amillərə bunlar da daxildir. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı dörd dəfədən çox artmışdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyat və ordunun olması mütləqdir.
15 oktyabr 2023-cü il tarixində Xankəndidən xalqa müraciətində Prezident İlham Əliyev vuğruladı ki, biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik. Həm Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, cəmi 23 saat davam edən antiterror tədbirləri ölkəmizin gücünü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu.
Prezident  İlham Əliyev həmin müraciətində qeyd edirdi ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi. 1969-1982-ci illərdə Qarabağda heç bir ayrı-seçkiliyin olmadığını bildirən ölkə başçısı 1987-ci ildə Ulu Öndər Heydər Əliyevin öz vəzifəsindən kənarlaşdırıldıqdan iki həftə sonra Moskvada oturan erməni millətçisi tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan alınaraq Ermənistana verilməsi məsələsinin qaldırıldığını xatırlatdı. Cəmi altı il Azərbaycanın Heydər Əliyevsiz qalması xalqımız üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Bütün çətinliklərə baxmayaraq artıq Bayrağımız Xankəndidə dalğalanır. Ermənistanın bütün revanşist qüvvələri də bu mövcud reallığı qəbul etməlidir.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Bayram Muradov qazilərin, şəhid ailələrinin hər zaman yanındadır
Hacı Məhərrəm Novruzov: Nəyi deyiriksə, onu da edirik
Rəhim müəllim: Liderlik nümunəsi
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq