Qarabag Media

Azər Şabanov: Gücümüz birliyimizdir

Tarix:11-10-2024, 10:18 Baxış Sayı:46 Kateqoriya:Cəmiyyət

 

 Göygöl DYP-nin İnzibati təcrübə üzrə baş inspektoru Azər Şabanov -Böyük tarixi keçmişə və zəngin ənənələrə malik olan Azərbaycan xalqı taleyin sınaqlarından hər zaman alnı açıq, üzü ağ çıxmağı bacarıb. Bu baxımdan XX əsrin sonu və XXI əsrin əvvəllərində yaşadığımız hadisələr də istisna olmadı. 30 ilə yaxın müddətdə Vətən torpaqlarımız erməni işğalı altında qalsa da, iradəmiz əyilmədi, ruhumuz sarsılmadı.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti qarşısına qoyduğu bütün vəzifələrin öhdəsindən layiqincə gəldi. Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinə dünya ictimaiyyətinin susqunluğu, bəzi Qərb dairələrinin Cənubi Qafqaza yanaşmasındakı ikili standartları Azərbaycan xalqını və dövlətini haqq yolundan döndərə bilmədi. Əksinə, xalqımız öz dövlət başçısının ətrafında daha da sıx birləşdi və tam əmin idi ki, haqq-ədalətin bərpa olunacağı gün uzaqda deyil.
Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə çox vətənpərvər bir gənclik formalaşdı. Dövlət başçısı ordumuzun gücləndirilməsi istiqamətində yorulmadan çalışdı. Ən müasir silahlarla təchiz edilərək qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək gücünə malik Azərbaycan Ordusu cəmi 44 günə düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Eyni zamanda, 2023-cü il  sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri şanlı ordusunun nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Düşmən ağ bayraq qaldıraraq təslim oldu.
Prezident İlham Əliyev 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərindəki nitqində yaxın tariximizə qısa ekskurs edərək yaşadığımız siyasi proseslərin dolğun və məntiqli şərhini verdi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərə toxunan dövlət başçısı qeyd etdi ki, Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır. Onu da bildirməliyəm ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl – 1923-cü ildə yaradılmışdır. Bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər.
Bu gün xalqımız Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək növbəti qələbələrə doğru qətiyyətli addımlar atır. Biz tarixi Zəfərimizi məhz sarsılmaz birliyimiz sayəsində öz qanımız, canımız bahasına əldə etmişik.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Bayram Muradov qazilərin, şəhid ailələrinin hər zaman yanındadır
Hacı Məhərrəm Novruzov: Nəyi deyiriksə, onu da edirik
Rəhim müəllim: Liderlik nümunəsi
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq