Qarabag Media

Elnur Cəlilov: Gənclərin seçimi İlham Əliyevdir!

Tarix:30-01-2024, 10:53 Baxış Sayı:397 Kateqoriya:Cəmiyyət


3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elnur Cəlilovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elnur Cəlilov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilov - Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün şəhər və rayonlarda seçkilər keçiriləcək. Natiqlər əminliklə qeyd ediblər ki, budəfəki seçkilərdə də Azərbaycan xalqı qalib Liderə etimad göstərəcək, Azərbaycanın işıqlı gələcəyinə səs verəcək. Tarixin dərslərindən ibrət götürənlər, insanlığa xidmət edənlər isə yanılmırlar, həyatlarına yeni bir məna verirlər, xoşbəxt ömür yaşayırlar. Keçmişini unudanlar, nəslinin-kökünün tarixindən, əzab- əziyyətindən, keçdiyi yoldan xəbərsiz olanlar isə yanılırlar, büdrəyib yıxılır, yarı yolda qalırlar.
Həzrət Mədətov: Vədinə sadiq Liderə səs verək
Ulu Öndər Heydər Əliyev həmişə xalqına öz tarixini öyrənməyi, sevməyi, təbliğ etməyi, hörmətlə yanaşmağı tövsiyə edirdi. O, tarixin ən müdrik müəllim olduğunu xatırlatmaqla bərabər, həm də vurğulayırdı: “Tarix həmişə hər şeyi öz yerinə qoyur”.

Unudulmaz rəhbərimiz bu sözləri xatırladarkən, əlbəttə ki, uzun illər Azərbaycan xalqının başına gətirilən müsibətləri, haqqımızın tapdalanmasını, hüquqlarımızın pozulmasını nəzərdə tuturdu. O həm də böyük ümid və inamla bildirirdi ki, gec-tez haqq-ədalət qalib gələcək, tarix hər şeyi öz yerinə qoyacaq və xalqımız suverenliyini tam bərpa edəcəkdir. Ümummilli Liderimizin uzaqgörənliklə söylədiyi fikirlər, ümid və inamı artıq həqiqətə çevrilib. Artıq Azərbaycan suverenliyini tam bərpa edib, düşmən bütün ərazilərimizdən çıxarılıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasi gedişləri və cəsarəti, ordumuzun qüdrəti, yenilməzliyi, xalqımızın birliyi və qəhrəmanlığı sayəsində işğalçı, separatçı qüvvələr məhv edilib. Xalqımızın qəhrəmanlıq tarixinə yeni və heç zaman unudulmayan qızıl səhifə - qürur, əzəmət, ölməz amal və ləyaqət səhifəsi yazılıb. Bu 200 ildə itirilən torpaqlarımızın yenidən qaytarılması, nisgilli qəlblərin, həsrət baxışların sevincə qovuşması, şəhidlərin ruhunun sevinməsi, qazilərin yaralarının sağalması, ata-baba yurdlarının bükülmüş bellərinin dikəlməsi, ayağa qalxması deməkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında hazırda işğaldan azad olunmuş ərazilərdə möhtəşəm tikinti, bərpa-quruculuq işləri görülür, çox mühüm layihələr, proqramlar, tədbirlər həyata keçirilir. Bu günə kimi ərazilərin bərpasına 12 milyard manatdan çox vəsait sərf edilib. Çəkilən yollar, salınan körpülər, tunellər, istifadəyə verilən beynəlxalq əhəmiyyətli hava limanları, tikilən yaşayış binaları, məktəblər, xəstəxanalar, uşaq bağçaları, mədəniyyət ocaqları, açılan iş yerləri, quraşdırılan elektrik stansiyaları işğaldan azad olunan ərazilərin xoşbəxt gələcəyindən, insanların firavan həyatından xəbər verir. Artıq Füzuli, Zəngilan, Laçın rayonlarının sakinləri öz doğma yurd-yuvalarına qayıdırlar. Bu il Şuşa, Ağdam, Kəlbəcərdən olan insanlarda doğma torpaqlara köç edəcəklər.

Tarixi Zəfər məhz öz gücünə və qüdrətinə, xalqına arxalanan, ordusuna güvənən, qətiyyətlə, səbir və təmkinlə irəliləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qazanılmışdır. Dövlətimizin başçısı çıxışlarında, bəyanatlarında daha böyük uğurların anonsunu verir, dünyanı sülhə, əmin-amanlığa, dostluğa səsləyir və Azərbaycanın sürətli inkişafına əmin olduğunu bildirir. Bu əminliyin, inamın səbəbləri məlumdur. Çünki hazırda Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf edən və beynəlxalq aləmdə böyük nüfuz sahibi olan dövlətlərdən biridir. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 ildə Azərbaycan sosial-iqtisadi, siyasi sahələrdə böyük nəticələrə nail olmuşdur.

İqtisadiyyatımızın inkişafında aqrar sektorun, turizmin və nəqliyyatın əhəmiyyətli payı vardır. Aqrar sahədə həyata keçirilən mühüm tədbirlər, vergi yükünün azaldılması, güzəştli maliyyə vəsaitlərinin ayrılması, subsidiyaların verilməsi, sahibkarlığın inkişafına dəstək, əkinçilik mədəniyyətinin yüksəlməsi istehsalda yaxşı nəticələr vermişdir. Hazırda kənd təsərrüfatının mühüm sahələrində ildən-ilə artımlar müşahidə olunmaqdadır. Yeni texnologiyaların tətbiq olunması, qabaqcıl təcrübələrə istinad edilməsi, kadrların təkmilləşdirilməsi və əkinçilik mədəniyyətinin yüksəldilməsi öz faydasını verməkdədir.

İşğaldan azad olunmuş ərazilər böyük kənd təsərrüfatı potensialına malikdir və bu istiqamətdə əsaslı tədbirlər görülməkdədir. Ötən il həmin ərazilərdə 100 min hektara yaxın sahədə kənd təsərrüfatı məhsulları əkilib-becərilmişdir. Sahələr minalardan təmizləndikdən, insan həyatının təhlükəsizliyi hərtərəfli təmin olunduqdan sonra həmin ərazilərdə bol pambıq, taxıl, üzüm, barama, meyvə məhsulu əldə etmək, heyvandarlığı inkişaf etdirmək mümkün olacaqdır.

İqtisadiyyatı inkişaf etdirmək, müdafiə və təhlükəsizlik sistemini möhkəmləndirmək, ölkə əhalisinin rifah halını yaxşılaşdırmaq, beynəlxalq aləmlə əlaqələri genişləndirmək, regionda sülh və əmin-amanlığı təmin etmək, etibarlı dostlar və tərəfdaşlar qazanmaq Azərbaycan Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdəndir.

Azərbaycan bu gün dünyaya açılan bir qapıdır. Bu qapıdan dost kimi keçənlər üzüağ, xəyanətə əl atanlar, ölkəmizin imicinə kölgə salanlar isə başıqapazlıdırlar. Prezident sözünə sadiqdir və bunu əməli fəaliyyəti ilə sübut edir. O, Qarabağ Zəfəri, erməni separatçılarının kökünü ərazilərimizdən kəsməklə adını xalqımızın tarixinə əbədi həkk etdirib və Azərbaycan tarixində əbədi ömür qazanıb. Məhz Azərbaycanın dünyaya açıldığı və beynəlxalq aləmdə nüfuz qazanıb söz sahibi olduğu bir vaxtda cənab İlham Əliyev Prezident seçkilərinə gedir. “Sözümüz imzamızdır!” kəlamını örnək hesab edən və sözünün əsl sahibi olan Prezidentimizin 20 illik fəaliyyəti, xalqının xoşbəxtliyi, Vətəninin azadlığı, ölkənin inkişafı sahəsində həyata keçirdiyi tədbirlər göstərir ki, cənab İlham Əliyev bu illər ərzində mükəmməl bir dövlət başçısı nümunəsinə çevrilib.

Xalq öz rəhbərini sevir, dəstəkləyir və qiymətləndirir. Çünki dövlət başçısı daim öz xalqı ilə birlikdədir, bütün vətəndaşlarına qayğı göstərir, dəstək verir, arzularını, istəklərini həqiqətə qovuşdurur. Azərbaycanı qarşıda çox mühüm seçki kampaniyası gözləyir. 7 fevral Prezident seçkiləri ilk dəfə bütün ölkə ərazisində keçiriləcək. Seçkilərin keçirilməsi beynəlxalq normalara və dünya ölkələrinin təcrübəsinə uyğundur. Əvvəlki seçkilərdən fərqli olaraq hazırda işğaldan azad olunmuş ərazilərdə seçki dairələri və məntəqələri yaradılmışdır.

Seçkidə cənab İlham Əliyevin qalib olacağı şübhəsizdir. Çünki cənab İlham Əliyev əsir torpaqlarımızın, el-obalarımızın xilaskarı, niskilli ana-bacılarımızın ümidi, inamı, hər bir vətəndaşın dayağıdır. Bunu hər bir insan görür, duyur və öz taleyində hiss edir.

Prezident məhz xalqın ona bəslənilən ümidlərinin, sonsuz məhəbbətinin daha aydın, firavan həyata, inkişafa nur saçan arzularının ifadəsidir. Bu, yeni bir tarixin başlanğıcı, Heydər Əliyev ideyalarından güc alan və cənab İlham Əliyev tərəfindən aydınlığa, xoşbəxtliyə, sülh və əmin-amanlığa istiqamətlənən yoldur. Yolumuz uğurlu olsun!

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Bayram Muradov qazilərin, şəhid ailələrinin hər zaman yanındadır
Hacı Məhərrəm Novruzov: Nəyi deyiriksə, onu da edirik
Rəhim müəllim: Liderlik nümunəsi
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq