Qarabag Media

Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir

Tarix:20-11-2023, 09:44 Baxış Sayı:205 Kateqoriya:Gündəm / Cəmiyyət

Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir



[media=https://www.youtube.com/watch?v=n7OSedtH2EI]
Xeyli müddət Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsində çalışmış, YAP rayon təşkilatına sədrlik etmiş Manaf Manafov adada işlədiyi dövrdə bir zərb-məsəli dilində əzbər etmişdi: “Pir mənimdi, kəramətinə bələdəm”. Bu sözlərlə o, həm rəhbərlik etdiyi qurumun fəaliyyətindəki neqativ halları malalamağa çalışır (iş olan yerdə nöqsan da olar” demək istəyir), digər tərəfdən də “pir mənimdir” deməklə, bir növ “Pirallahı mənimdir” mesajı verirdi.
Hərçənd, Manafın yeri hələ 2016-cı ildən laxlamış, karyerasında ildırım sürəti ilə yüksəliş arzularının yaxın müddətdfə həyata keçməyəcəyi bəlirlənmişdi. Belə ki, məhz 2 sentyabr 2016-cı il tarixdə Qala-Dübəndi yolunda baş verən bu avtoqəzada piyada Tariyel Rzaquliyev həyatını itirmişdi. Aylarla davam edən istintaqdan sonra M.Manafovun sürücüsü Baxşiyev Bağış məsuliyyətə cəlb olunsa da, Tariyelin atası Cəmşid İrzaquliyev istintaqın düzgün aparılmadığından şikayətlənərək, Prezident İlham Əliyevə müraciət etmişdi. O, iddia etmişdi ki, istintaq düzgün aparılmayıb, ilkin sübutlar məhv edilib və çox böyük ehtimalla, qəza zamanı sükan arxasında sürücü yox, Manaf Manafovun özü olub. 
C.İrzaquliyev Prezidentdən M.Manafovun tutduğu vəzifədən uzaqlaşdırılmasını və barəsində ölçü götürülməsini xahiş edirdi. M.Manafovun YAP Pirallahı rayon təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılmasının sözügüdən avtoqəza ilə bağlılığı olduğu ehtimal olunurdu. Mətbuat yazır ki, “Manaf Manafov avtomobili adam vurub öldürəndən sonra siyasi təşkilatda sədr vəzifəsindən uzaqlaşdırılsa da, bir müddət orada əsas söz sahibi olaraq qalmışdı, iştirak etdiyi məhrəm məclislərdə MKTB-lərin, o cümlədən, özünün rəhbərlik etdiyi Birliyin siyasi funksiyanı yerinə yetirdiyinə eyham vuraraq, sinəsinə döyür, xüsusi ilə də seçki dövründə imzatoplama prosesində «JEK»lərin əvəzedilməz rol oynamasından danışır, məhz bu səbəbdən də özünü vazkeçilməz bir fiqura olduğunu diqqətə çatdırırdı”.  
İctimai rezonans doğuran, Manafın özündə ciddi məyusluq doğuran məlum hadisədən sonra o, iddia səviyyəsini bir az aşağı saldı, hakimiyyətin iyerarxiya nərdivanında pillələri iki-iki, üç-üç tullanıb yüksəlmək (hətta bəzi iddialara görə, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı postuna yiyələnmək) iddialarını bir kənara qoyub, yalnız daha çox pul qazanmaq haqqında düşünməyə başladı. 
Bakı şəhəri Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin direktoru vəzifəsi Manafovun əvvəlki vəzifəsi ilə statusca eyni olsa da, əhatə etdiyi əraziyə və tələbatın yüksək olmasına görə ölçüyəgəlməz dərəcədə fərqlənir və korrupsiya şəraitinə görə daha zəngindir. Məlumatlarda qeeyd olunur ki, “Manafov eynən Pirallahıda qol qoyduğu işdəycələri hazırda Nərimanov MKTB-də tətbiq edir. MKTB-nin mənzil istismar sahələrində maxinasiyalar baş alıb gedir. Ştat cədvəllərində adı gedən “ölü canlar”a yazılan maaşlar “pay-püşk” edilir, fəhlə və süpürgəçilər toplum şəkilində işə qəbul olunsalar da, onlardan bəziləri iş üzü tanımırlar. “JEK”-lərə alınan inventarlar, az qiymətli, tez xarab olan malların uçotunda korrupsiya var: süpürgədən tutmuş vedrə, araba, sabun, xəkəndaz, müxtəlif geyim formaları, dəftərxana ləvazimatları, zibil konteynerlərinin, lüklərin alınmasına, təmirinə kimi mümkün hər şeyin qiyməti, bütün xərclər “şişirdilir”, əslində köhnə mal-material qiymətliləri istismarda saxlanılaraq kağız üzərində yeniləri ilə əvəzlənir”. İddia olunur ki, Manafov işdəycələrini Nərimanov RİH-nin başçısının razılığı və Bakı ŞİH-nin başçısının “xeyir-duası” ilə həyata keçirir.
Yeri gəlmişkən, 1984-cü il təvəllüdlü Manafovun nömrə həvəskarı olması, avtomobilinə öz adına və təvəllüdünə uyğun (MM - ... 84) dövlət nömrə nişanı alması ictimaiyyətə çoxdan məlumdur. Sonradan isə onun həm də katibə məsələsinə də olduqca həssas yanaşdığı üzə çıxdı. Hətta bildirilir ki, Manafın həyat yoldaşı da ərinin bu şakərini qısqanclıqla qarşıladığından idarəyə gəlib qalmaqal salıbmış.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq
Şəhriyar Şəmşirli: "Daim irəli baxan Azərbaycanı cari ildə daha möhtəşəm uğurlar gözləyir"
QHT rəhbəri və idarə heyəti Ümid yeri uşaq sığınacağında yaşayan uşaqlara bayram hədiyyələri təqdim edib
Cəsarət Əhmədov: "Bu milləti sevmək lazımdır, bu milləti yaşatmaq lazımdır!"
QHT rəhbəri və idarə heyəti "Dünya Azərbaycanlılarının həmrəylik günü" münasibətilə 11 saylı xüsusi təhsil məktəbində olublar
QHT rəhbəri Yasəmən Qəyyumlu Prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib